Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib


“29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”.

Musavat.com bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tvitter” hesabında yazıb. Ərdoğan Türkiyənin Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduğunu vurğulayıb:

“İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik... Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”.


Tarix: 26-02-2021, 22:28


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi