Portuqaliya millisinin qapıçısı dünyasını dəyişdi

Portuqaliya millisi və "Portu"nun həndbolçusu Alfredo Kintana dünyasını dəyişib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 4 gün öncə məşq zamanı ürəyi dayanan və komaya düşən 33 yaşlı qapıçının həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin sözlərinə görə, təcrübəli qolkiperin vəziyyətinin pisləşməsinə beynindəki şiş səbəb olub.
Qeyd edək ki, 10 ildir "Portu"dan çıxış edən Kintana 2014-cü ildən yığmanın formasını geyinirdi.


Tarix: 26-02-2021, 22:33


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi