Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
 
"Report" xəbər verir ki, bu ada İngiltərə "Liverpul"undan Məhəmməd Salah, Fransa PSJ-sindən Kilian Mbappe, Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann və Portuqaliya "Portu"sundan Serjiu Oliveyra iddia edir.
 
Salah Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 finalın ilk matçında dubl edib. Holann İspaniyada "Sevilya"nı 3:2 hesabı ilə udduqları görüşdə eyni sayda qol vurub. Mbappe İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-triklə yadda qalıb.
 
Oliveyra isə "Yuventus"u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.


Tarix: 18-02-2021, 14:40


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi