Prezident İlham Əliyev Xankəndinin taleyini elan etdi: Erməni separatizmi "dəmir yumruq" zərbəsi ilə əzildi
Əslində, Azərbaycan cəmiyyəti üçün anlaşılmaz olan elə bir ciddi hüquqi məsələ demək olar ki, mövcud deyil. Çünki, hələlik Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olsa da, Xankəndi və ətraf ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və bu, beynəlxalq hüquq çərçivəsində artıq çoxdan təsbit olunub.
Ancaq ermənilər Xankəndi və ətraf bölgədə müəyyən təxribat xarakterli addımlar atırdılar. Müxtəlif yolverilməz hüquq pozutularına yol verirdilər. Bununla da, qondarma "dqr" avantürasını gündəmdə saxlamağa çalışırdılar.

Məsələn, guya özlərinə yenidən ordu yaratmaq niyyətinə düşmüşdülər. Halbuki, ordunun yaradılması üçün ilk növbədə "dövlət"in olması lazımdır. Ermənilər nə qədər manipulyasiya etsələr də, belə bir "dövlət" mövcud deyil və ola da bilməz.
Azərbaycan ərazisində ikinci dövlətin olması qətiyyən mümkün deyil. Rəsmi Bakı buna heç bir halda imkan verməz. Hətta ermənilərin çox güvəndikləri Rusiya sülhməramlı qüvvələri belə, Azərbaycan dövlətinə öz ərazilərində suveren hüquqlarını bərpa etməyə əngəl törədə bilməz. Rusiya sülhməramlı qüvvələrinin belə missiyası və səlahiyyətləri mövcud deyil.
Digər tərəfdən, ordu quruculuğu külli miqdarda maliyyə vəsaiti tələb edən sahədir. Xankəndiyə yaşamaq üçün geri dönən ermənilər belə maliyyə qaynaqlarına malik deyillər. Araik Arutyunyanın separatçıları isə öz təxribatçı davranışları ilə həmin bölgədə yaşayan ermənilərin gələcəyini böyük riskə atırlar.
Vaxtilə həmin ərazilər Ermənistan ordusunun işğalı altında olduğundan rəsmi İrəvan bölgədə yaşayan ermənilərin xərclərini ödəməyə çalışırdı. Ancaq işğal dövrü sona çatıb, ərazilər azad edilib. İndi işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan dövlətinin siyasi-iqtisadi resursları hegemon olacaq. Ermənistan isə hazırda özü ordusuz qalıb.

Bir müddət öncə daha bir avantürist təxribata əl atan erməni separatçıları rus dilini ikinci rəsmi dil elan etmişdilər. Halbuki, ağılları olsa, bunun mümkün ola biləcəyinə heç özləri də inanmazlar. Çünki, Azərbaycan ərazisində hansı dilin rəsmi xarakter daşıdığı Xankəndidə deyil, Bakıda həll edilir. Və bu məsələ Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra birmənalı şəkildə həll olunub.
Azərbaycan Prezidenti İlham Əliyev son mətbuat konfransında bu məsələyə birdəfəlik son nöqtəni qoydu. Prezident İlham Əliyev açıq mətnlə bəyan etdi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan dili rəsmi dil statusuna malikdir. Yəni, hər hansı başqa bir dil rəsmiyyət qazana bilməz.
Azərbaycan Prezidenti bu açıqlaması ilə ermənilərə önəmli mesaj vermiş oldu. Belə ki, Azərbaycan ərazisində, o cümlədən, Xankəndi və ətraf bölgədə erməni dili belə, keçərli deyil. Xankəndi və ətraf bölgədə erməni dilinin belə, rəsmi dil statusu olmayacağı təqdirdə, separatçıların rus dili ilə bağlı avantüraları sadəcə, mənasız və gülünc görünür.
Xankəndidə baş verən hər şeydən ən xırda detallarına qədər məlumatlı olduğuna eyham vuran Prezident İlham Əliyevin açıqlamaları ermənilərin gələcək taleyi ilə bağlı dəqiq "yol xəritəsi" xarakteri daşıyır. Çünki, Azərbaycan Prezidenti Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə normal həyata yeganə mümkün dönüş variantını açıq şəkildə izah etmiş oldu: "Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə o qədər də çox insan yaşamır. Biz inteqrasiyaya hazırıq".

Bu, o deməkdir ki, Azərbaycan lideri ermənilərin gələcək rifahının ən qısa müddətdə ölkənin digər hissəsi ilə sürətli inteqrasiyadan asılı olduğunun mesajını verir. Ən əsası isə bunun qaçılmaz yeganə variant olduğunu qabardır: "Hazırda Xankəndi və digər rayonlarda yaşayan ermənilər anlamalıdırlar ki, inteqrasiya prosesi qaçılmazdır. "Artsax" adlı bir dövlət mövcud deyil və olmayacaq. Onlar Azərbaycan vətəndaşları kimi yaşayacaqlar".
Prezident İlham Əliyevin bu açıqlaması Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə açıq və birmənalı xəbərdarlıq mesajıdır. Və ermənilər bu xəbərdarlıq mesajından doğru nəticələr çıxartmalıdırlar.
Ermənilər birdəfəlik anlamalıdırlar ki, Azərbaycan ərazisində kimsə qondarma "dövlət" icad edə bilməz. Rəsmi Bakı buna işğaldan öncə də imkan verməyib. Savaşda parlaq tarixi zəfər qazandıqdan sonra isə rəsmi Bakı bu sərsəm "erməni xəyalı"na ümumiyyətlə, hər hansı formada şans tanımaz.
Bütün bunları nəzərə aldıqda, Xankəndi və ətraf bölgədə separatizmin qarşısını almaqda, əslində, elə ermənilərin özləri daha çox maraqlı olmalıdırlar. Çünki, bu, onlara mümkün qədər tez bir zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya imkanları aça bilər. Bu isə onların sosial rifahının yüksəlməsini, normal qanunlar çərçivəsində yeni və daha perspektivli həyat şərtlərinə qovuşmasını təmin edəcək yeganə "xilas qapısı"dır.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi ilə bağlı mesajları erməni separatizminin sonuna o qədər də çox qalmadığını bir daha təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti öz açıqlamaları ilə erməni separatçılarının son dövrlərdə törətdiyi siyasi-psixoloji təxribatların nəticələrini sıfırladı.
Həmin təxribatların əhəmiyyətsiz olduğunu və rəsmi Bakının hədəflərinə əngəl törətməyəcəyini təsdiqlədi. Və bu, erməni separatizminə sarsıdıcı zərbənin vurulması anlamına gəlir.
Göründüyü kimi, rəsmi Bakı uzun müddət erməni təxribatlarına səbrli yanaşsa da, nəhayət ki, sükutu pozmaq qərarına gəldi. Nəticəsi isə erməni separatizmi üçün olduqca əzici xarakter daşıdı. Hər halda, erməni separatçıları yəqin ki, özləri də artıq anlayırlar ki, onların nə düşünməsi və ya nə etməsi rəsmi Bakı üçün heç bir əhəmiyyət daşımır.
Bölgəyə Rusiya sülhməramlı qüvvələri nəzarət etsə də, oradakı hər kəsin gələcək taleyi məhz rəsmi Bakının verəcəyi qərarlara bağlıdır. Və bu reallıqdan yayınmaq artıq qətiyyən mümkün deyil.
Bütün bunları nəzərə aldıqda, Prezident İlham Əliyevin son açıqlamalarının erməni separatizminə qarşı əsl "dəmir yumruq" zərbəsi effektini verdiyi qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Bölməyə aid digər xəbərlər
Xankəndidə baş verənlərdən ən xırda detallarına qədər məlumatlı olduğuna eyham vuran Prezident İlham Əliyevin mesajları ermənilərin gələcəyi ilə bağlı dəqiq "yol xəritəsi"dir; Bölgəyə müvəqqəti olaraq, Rusiya sülhməramlı qüvvələri nəzarət etsə də, oradakı hər kəsin gələcək taleyi məhz rəsmi Bakının verəcəyi qərarlara bağlıdır...
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinin gələcək taleyi ilə bağlı suallara artıq aydınlıq gəlməyə başlayıb. Belə ki, son vaxtlar həmin ərazilərdə baş verənlər Azərbaycan cəmiyyətində müəyyən narahatlığa yol açmaqdaydı. Və orada yaradılmaqda olan süni problemlərin necə həll ediləcəyi müzakirə olunmaqdaydı.Əslində, Azərbaycan cəmiyyəti üçün anlaşılmaz olan elə bir ciddi hüquqi məsələ demək olar ki, mövcud deyil. Çünki, hələlik Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olsa da, Xankəndi və ətraf ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və bu, beynəlxalq hüquq çərçivəsində artıq çoxdan təsbit olunub.
Ancaq ermənilər Xankəndi və ətraf bölgədə müəyyən təxribat xarakterli addımlar atırdılar. Müxtəlif yolverilməz hüquq pozutularına yol verirdilər. Bununla da, qondarma "dqr" avantürasını gündəmdə saxlamağa çalışırdılar.

Məsələn, guya özlərinə yenidən ordu yaratmaq niyyətinə düşmüşdülər. Halbuki, ordunun yaradılması üçün ilk növbədə "dövlət"in olması lazımdır. Ermənilər nə qədər manipulyasiya etsələr də, belə bir "dövlət" mövcud deyil və ola da bilməz.
Azərbaycan ərazisində ikinci dövlətin olması qətiyyən mümkün deyil. Rəsmi Bakı buna heç bir halda imkan verməz. Hətta ermənilərin çox güvəndikləri Rusiya sülhməramlı qüvvələri belə, Azərbaycan dövlətinə öz ərazilərində suveren hüquqlarını bərpa etməyə əngəl törədə bilməz. Rusiya sülhməramlı qüvvələrinin belə missiyası və səlahiyyətləri mövcud deyil.
Digər tərəfdən, ordu quruculuğu külli miqdarda maliyyə vəsaiti tələb edən sahədir. Xankəndiyə yaşamaq üçün geri dönən ermənilər belə maliyyə qaynaqlarına malik deyillər. Araik Arutyunyanın separatçıları isə öz təxribatçı davranışları ilə həmin bölgədə yaşayan ermənilərin gələcəyini böyük riskə atırlar.
Vaxtilə həmin ərazilər Ermənistan ordusunun işğalı altında olduğundan rəsmi İrəvan bölgədə yaşayan ermənilərin xərclərini ödəməyə çalışırdı. Ancaq işğal dövrü sona çatıb, ərazilər azad edilib. İndi işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan dövlətinin siyasi-iqtisadi resursları hegemon olacaq. Ermənistan isə hazırda özü ordusuz qalıb.

Bir müddət öncə daha bir avantürist təxribata əl atan erməni separatçıları rus dilini ikinci rəsmi dil elan etmişdilər. Halbuki, ağılları olsa, bunun mümkün ola biləcəyinə heç özləri də inanmazlar. Çünki, Azərbaycan ərazisində hansı dilin rəsmi xarakter daşıdığı Xankəndidə deyil, Bakıda həll edilir. Və bu məsələ Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra birmənalı şəkildə həll olunub.
Azərbaycan Prezidenti İlham Əliyev son mətbuat konfransında bu məsələyə birdəfəlik son nöqtəni qoydu. Prezident İlham Əliyev açıq mətnlə bəyan etdi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan dili rəsmi dil statusuna malikdir. Yəni, hər hansı başqa bir dil rəsmiyyət qazana bilməz.
Azərbaycan Prezidenti bu açıqlaması ilə ermənilərə önəmli mesaj vermiş oldu. Belə ki, Azərbaycan ərazisində, o cümlədən, Xankəndi və ətraf bölgədə erməni dili belə, keçərli deyil. Xankəndi və ətraf bölgədə erməni dilinin belə, rəsmi dil statusu olmayacağı təqdirdə, separatçıların rus dili ilə bağlı avantüraları sadəcə, mənasız və gülünc görünür.
Xankəndidə baş verən hər şeydən ən xırda detallarına qədər məlumatlı olduğuna eyham vuran Prezident İlham Əliyevin açıqlamaları ermənilərin gələcək taleyi ilə bağlı dəqiq "yol xəritəsi" xarakteri daşıyır. Çünki, Azərbaycan Prezidenti Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə normal həyata yeganə mümkün dönüş variantını açıq şəkildə izah etmiş oldu: "Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə o qədər də çox insan yaşamır. Biz inteqrasiyaya hazırıq".

Bu, o deməkdir ki, Azərbaycan lideri ermənilərin gələcək rifahının ən qısa müddətdə ölkənin digər hissəsi ilə sürətli inteqrasiyadan asılı olduğunun mesajını verir. Ən əsası isə bunun qaçılmaz yeganə variant olduğunu qabardır: "Hazırda Xankəndi və digər rayonlarda yaşayan ermənilər anlamalıdırlar ki, inteqrasiya prosesi qaçılmazdır. "Artsax" adlı bir dövlət mövcud deyil və olmayacaq. Onlar Azərbaycan vətəndaşları kimi yaşayacaqlar".
Prezident İlham Əliyevin bu açıqlaması Xankəndi və ətraf bölgədə yaşayan ermənilərə açıq və birmənalı xəbərdarlıq mesajıdır. Və ermənilər bu xəbərdarlıq mesajından doğru nəticələr çıxartmalıdırlar.
Ermənilər birdəfəlik anlamalıdırlar ki, Azərbaycan ərazisində kimsə qondarma "dövlət" icad edə bilməz. Rəsmi Bakı buna işğaldan öncə də imkan verməyib. Savaşda parlaq tarixi zəfər qazandıqdan sonra isə rəsmi Bakı bu sərsəm "erməni xəyalı"na ümumiyyətlə, hər hansı formada şans tanımaz.
Bütün bunları nəzərə aldıqda, Xankəndi və ətraf bölgədə separatizmin qarşısını almaqda, əslində, elə ermənilərin özləri daha çox maraqlı olmalıdırlar. Çünki, bu, onlara mümkün qədər tez bir zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya imkanları aça bilər. Bu isə onların sosial rifahının yüksəlməsini, normal qanunlar çərçivəsində yeni və daha perspektivli həyat şərtlərinə qovuşmasını təmin edəcək yeganə "xilas qapısı"dır.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi ilə bağlı mesajları erməni separatizminin sonuna o qədər də çox qalmadığını bir daha təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti öz açıqlamaları ilə erməni separatçılarının son dövrlərdə törətdiyi siyasi-psixoloji təxribatların nəticələrini sıfırladı.
Həmin təxribatların əhəmiyyətsiz olduğunu və rəsmi Bakının hədəflərinə əngəl törətməyəcəyini təsdiqlədi. Və bu, erməni separatizminə sarsıdıcı zərbənin vurulması anlamına gəlir.
Göründüyü kimi, rəsmi Bakı uzun müddət erməni təxribatlarına səbrli yanaşsa da, nəhayət ki, sükutu pozmaq qərarına gəldi. Nəticəsi isə erməni separatizmi üçün olduqca əzici xarakter daşıdı. Hər halda, erməni separatçıları yəqin ki, özləri də artıq anlayırlar ki, onların nə düşünməsi və ya nə etməsi rəsmi Bakı üçün heç bir əhəmiyyət daşımır.
Bölgəyə Rusiya sülhməramlı qüvvələri nəzarət etsə də, oradakı hər kəsin gələcək taleyi məhz rəsmi Bakının verəcəyi qərarlara bağlıdır. Və bu reallıqdan yayınmaq artıq qətiyyən mümkün deyil.
Bütün bunları nəzərə aldıqda, Prezident İlham Əliyevin son açıqlamalarının erməni separatizminə qarşı əsl "dəmir yumruq" zərbəsi effektini verdiyi qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Tarix: 26-02-2021, 21:29
Bölməyə aid digər xəbərlər
26-02-2021, 21:59
“Ölkədə qarışıqlıq yaratmaq istəyənlər aciz adamlardır” – Ruhi Əliyeva
26-02-2021, 21:39
İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi
26-02-2021, 21:32
Jurnalist İlham Əliyevə: “Mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız”
26-02-2021, 21:14
Yeni hərbi bölmələr yaradılır - Prezident AÇIQLADI
18-02-2021, 19:03
Putinlə Ərdoğan Qarabağı müzakirə etdi: Ankaradan TƏKLİF
23:26 / 26-02-2021
Qənirə Paşayeva şəhid ataları ilə görüşüb - FOTOLAR
23:14 / 26-02-2021
Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının birgə bəyanatı – TAM MƏTN FOTO
23:10 / 26-02-2021
Əkrəm İmamoğlundan Xocalı faciəsi ilə bağlı paylaşım - FOTO
22:37 / 26-02-2021
"Bavariya"nın oyununu izlədikdən sonra..." - Qvardiola
22:33 / 26-02-2021
Portuqaliya millisinin qapıçısı dünyasını dəyişdi
22:28 / 26-02-2021
Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
22:26 / 26-02-2021
Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
22:22 / 26-02-2021
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır
22:17 / 26-02-2021
Qarabağın tarixindən daha bir film çəkilir –
22:08 / 26-02-2021
Türkiyəli məşhurlar Qarabağ haqqında film çəkəcəklər - FOTOLAR
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi
22:00 / 26-02-2021
Parisdə yaşayan qarabağlı müğənni: “Şuşadan 11 yaşımda çıxmışdım” – MÜSAHİBƏ
21:59 / 26-02-2021
“Ölkədə qarışıqlıq yaratmaq istəyənlər aciz adamlardır” – Ruhi Əliyeva
21:52 / 26-02-2021
Tanınmış aktyor evində ÖLÜ TAPILDI
21:50 / 26-02-2021
Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində anıldı
21:45 / 26-02-2021
Roza Zərgərli efirdə ağladı
21:43 / 26-02-2021
Paşinyan onu devirmək istəyən Baş Qərargah rəisini işdən çıxardı
21:41 / 26-02-2021
Lalə Dadaşova tanınmaz halda -Ağır xəstəliyə yoluxub? FOTO
21:39 / 26-02-2021
İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi
21:38 / 26-02-2021
Hərbçilərin maaşlarına əlavələr ediləcək
21:34 / 26-02-2021
Mərkəzi Bankdan dollar açıqlaması
21:32 / 26-02-2021
Jurnalist İlham Əliyevə: “Mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız”
21:29 / 26-02-2021
Prezident İlham Əliyev Xankəndinin taleyini elan etdi: Erməni separatizmi "dəmir yumruq" zərbəsi ilə əzildi
21:19 / 26-02-2021
"III Qarabağ müharibəsi başlaya bilər" - Türk professorla SENSASİON MÜSAHİBƏ
21:14 / 26-02-2021
Yeni hərbi bölmələr yaradılır - Prezident AÇIQLADI
21:10 / 26-02-2021
Polkovnik Elxan İbrahimov vəzifəsindən azad edildi
16:23 / 25-02-2021
Mingecevir müzik okulu Türkiyeli sanatçılarla Hocalı ile bağlı konferans düzenlediler.
12:56 / 25-02-2021
Hərbi qiyamdan qorxan Paşinyan tərəfdarlarını meydana səslədi
12:54 / 25-02-2021
TBMM sədri: "İnsanlıq tarixinin ən dəhşətli qətliamı Xocalıda törədilib"
11:38 / 25-02-2021
Mingəçəvir Musiqi məktəbi Türkiyənin mədəniyyət xadimləri ilə tədbir keçirdi
15:31 / 22-02-2021
İlham Əliyev birinci vitse-prezidentin köməkçisinə yeni vəzifə verdi
15:24 / 22-02-2021
İntihar edən Sevilin son görüntüsü yayıldı - FOTO
15:24 / 19-02-2021
Azərbaycanla Türkiyə televiziya və kino sahəsində ortaq tədbirlər keçirəcək
15:13 / 19-02-2021
"Bunu Qarabağda da etdik" - Ərdoğan
15:09 / 19-02-2021
DTX-dan XƏBƏRDARLIQ: Əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir
15:03 / 19-02-2021
Vətən müharibəsinin daha bir qazisinə vəzifə verildi -FOTOLAR
14:25 / 19-02-2021
"Azərişıq"dan qiymətlərlə bağlı VACİB AÇIQLAMA