Vətən müharibəsinin daha bir qazisinə vəzifə verildi -FOTOLAR

İsmayıllıda Vətən müharibəsinin qazisi yüksək vəzifəyə təyin olunub. Modern.az-ın məlumatına görə, II Qarabağ müharibəsinin qazisi Novruzov Vüqar Əliağa oğlu icra başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vüqar Novruzov 1981-ci il tarixində İsmayıllı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinin İdarəetmə mühəndisliyi ixtisasını bitirib. 17 il Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələrdə xidmət edib. V.Novruzov “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley və “Vətən naminə” medalları ilə təltif olunub.
Vətən müharibəsi zamanı mayor rütbəsi ilə Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib. 19 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, sol ayağını itirib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var.
Xatırladaq ki, yeni şöbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.


Tarix: 19-02-2021, 15:03


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi