Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi qüvvəyə mindi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanunla 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol" təsdiq edilir.


Tarix: 18-02-2021, 22:46


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi