Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları

Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Elçin Emil oğlu Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  
Elçin Nəcəfov 1974-cü ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “İdarəetmə” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1996-cı ildə Bakı şəhər İcra Hakimiyyəti yanında Elmi-tədqiqat və layihə İnstitutunda başlayıb.
E.Nəcəfov son təyinatadək Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
Türkiyə, Rusiya, ÇİN, Mərakeş Krallığı, Cənubi Koreya Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Qırğız Respublikası və digər xarici ölkələrdə keçirilmiş müxtəlif  tədbirlərdə iştirak edib.
Elçin Nəcəfov 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 2016-cı ildə isə Fövqəladə Hallar Nazirinin əmri ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
*      *      *
Nazir Anar Kərimovun digər əmrinə əsasən Qurbanzadə Fərid Vidadi oğlu Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Fərid Qurbanzadə 1981-ci ildə İmişli rayonunda anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini “Tarix”, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasları üzrə bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasında mütəxəssis kimi başlayıb. 2002-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində məsul vəzifələrdə çalışıb.
İtaliya, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Türkiyə, Çin, Cənubi Koreya, Moldova, Səudiyyə Ərəbistanı və digər xarici ölkələrdə təşkil edilən beynəlxalq səviyyəli forum, konfrans, seminar və mübadilə proqramlarında iştirak edib. Eyni zamanda ölkəmizdə keçirilən bir sıra yerli və beynəlxalq səviyyəli tədbirlərin təşkilatçısı olub.
“Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir!” və “Gələcək gənclərindir!” kitablarının redaksiya   heyətinin üzvü olub.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


Tarix: 16-02-2021, 22:42


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi