Qazaxıstan və Azərbycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib

Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.
Trend bu barədə Qazazıstanın "Samruk-Kazına" şirkətinin İctimaiyyətlə əlaqələr departamentinə istinadən məlumat verir.
Məlumata əsasən, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək.
Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.
"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub


Tarix: 26-02-2021, 22:21


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi