Qəzvin əyalətində 7 mutasiyaya uğramış yeni növ koronovirus faktı aşkarlanıb

Bununlada ölkə səviyyəsində bu günə qədər mutasiyaya uğramış yeni növ İngiltərə koronovirusunun aşkarlanmış sayı 17-yə çatıb.

Yeni növ virusa yoluxmalqarı qəti olan 7 nəfər Qəzvin əyalətindəndirlər. Buna görə, bu əyalətdə yeni yoluxmaların aşkarlanması və qarşısının alınması üçün xüsusi qaydalar tətbiq edilir.

İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kiyanuş Cahanpurun verdiyi bilgiyə görə, yeni növ koronovirus daha sürətli yayılır. Buna görədə, ictimai məsafəni qorumaq, ümumi yerlərdə maskalardan istifadə etmək və ümumi toplantılardan qaçınmaq daha vacibdir.

Onun dediyinə görə, bir sıra əyalətlərdə koronovirusun dördüncü dalğasının başlanması ilə bağlı faktlar mövcuddur. Bu, öncəki mərhələlərdən daha təhlükəli və yayqın ola bilər.


Tarix: 16-02-2021, 12:19


Bölməyə aid digər xəbərlər
22:04 / 26-02-2021
Yalçın Rzazadə vəfat etdi