İlham Əliyev Ağdaşa səfər edib – Foto

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

“Kanaltürk” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

Prezident İlham Əliyev Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılış mərasimində iştirak edib.

***

Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.  İlham Əliyev tədbirdə iştirak edib. Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

***

Prezident Ağdaş rayonunda yerləşən Şəbəkə Xidmət Mərkəzinin açılışında iştirak edib.

loading...