SON DƏQİQƏ: Ramiz Mehdiyev daha bir YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ (YENİLƏNDİ)

İclas başa çatıb və Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə seçilib.

***

Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

***

16:09

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.

Publika.az  xəbər verir ki, iclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.

Qeyd edək ki, 85 yaşlı akademik Akif Əlizadə ərizə yazaraq AMEA prezidenti vəzifəsindən istefa verib. Onun ərizəsi qəbul edilib.

Kanalturk.az

loading...