Məktəblərdə şərqşünas-alim Aidə İmanquliyeva anılıb – FOTO

Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın 80 illik yibileyinə həsr olunmuş şagird elmi-praktik konfransı keçirilib.

“Kanaltürk”  xəbər verir ki,  Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 14 avqust 2018 – ci il tarixli F550 nömrəli Ümumi təhsil sahəsində 2018-2019- cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmrinin icrasını təmin etmək və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə ötən tədris ilindən “Şagirdlər tanıdır” layihəsi həyata keçirilməyə başlanıb və məktəblərdə bir-sıra fəaliyyətlər icra olunub.
Bunlardan biri də məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinin müxtəlif araşdırmalara söykənən təqdimatlarıdır. Belə araşdırmalardan biri də görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın həyat və fəaliyyətinə həsr olunub.  Araşdırma nəticəsində toplanmış işlər məktəbdaxili təqdimatlarda dinlənilib  və konfrans üçün hər məktəbdən bir qalib iş seçilib.
Aida İmanquliyevanın 80 illik yibileyinə həsr olunmuş şagird elm-praktik konfransının yekun tədbiri  oktyabrın 16-da 113 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə məktəb direktorları və şagirdləri ilə yanaşı BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva, sektorun əməkdaşı Sevinc Əzimova və şərqşünas Vüsal Hətəmov iştirak ediblər.

 

  • Məktəblərdə şərqşünas-alim Aidə İmanquliyeva anılıb -FOTO
  • Məktəblərdə şərqşünas-alim Aidə İmanquliyeva anılıb -FOTO
  • Məktəblərdə şərqşünas-alim Aidə İmanquliyeva anılıb -FOTO
loading...