Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

Bu gün Bakı Dövlət Universitetində akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

“Kanaltürk” xəbər verir ki, universitetdəki son görüşdə təhsil sahəsinin mütəxəssisləri, müəllimlər, din xadimi, millət vəkili və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərhumun yaxınları və rəsmi şəxslər çıxış edərək V. Məmmədəliyevlə bağlı öz fikirlərini bildiriblər.

Vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edir.

Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev Vergilər naziri Mikayıl Cabbarov, Mədəniyyət naziri Əbülfəz Qarayev, Təhsil naziri Ceyhun Bayramov, SOCAR vitse-prezidenti Xoşbəxt Yusifzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Dini Komitəsinin sədri Mübariz Qurbanlı, sabiq Təhsil naziri Misir Mərdanov və BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da mərasimə qatılıb. .

Mərasimin sonunda V. Məmmədəliyevin ruhu 1 dəqiqəlik sübutla yad edilib.

Mərhumun cənazəsi götürülərək dəfn olunması üşün II Fəxri Xiyabana aparılıb.

loading...