STEM şagirdlər –“Gələcəyin yaradıcı insanı”

 

Ənənəvi dərs metodu ilə təhsil alan şagird ilə müasir dərs metodu ilə təhsil alanların düşüncələri,həyata baxışları fərqlidir.Bu təkcə təhsil forması ilə bağlı deyil.Müasir şagirdlər artıq bir çox məlumatları,bilikləri məktəbdə müəllimlərindən öyrənməyi gözləmirlər,onlar çox vaxt maraq dairələrinə uyğun olaraq həmişə axtarışda olurlar,sərbəst öyrənməyə daha çox həvəs göstərirlər.Texnikanın inkişafi,dünyaya inteqrasiyanın təsiri ilə uşaqlarda təfəkkür daha dərin formalaşır,məlumat bazaları yaş hədlərinə görə daha zəngin olur.Bütün bunlarla yanaşı artıq təhsilalanlar təhsil mühitlərinin zənginliyinə daha çox diqqət edirlər.Onlar sıradan dərs otağı,sıradan öyrətmə və öyrənmə mühitindən tez sıxılırlar.

Dünya təhsil sistemində şagirdlərə yalnız təhsil verməklə kifayətlənməmək üçün bir çox təlim metodlarına müraciət edilib.Təhsilalanın bir neçə bacarıqlarına eyn vaxtda nəzarət etmək və üzə çıxarmaq üçün yollar axtarışında olurlar.Bu yolda əldə olunan ən uğurlu dərs metodlarından biri də “STEM təlim metodu”dur.Avropa ölkələrində öz sözünü demiş bu dərs metodu artıq Azərbaycanda da “STEM Azərbaycanda” adı ilə təhsilimizə giriş etmişdir.Dərs metodu Aliya Əhmədovanın işləyib hazırladığı və Təhsil Nazirliyinin I Qrant layihə qalibi olaraq öz işinə başlamışdır.

STEM  termini  Science – təbiət elmləri, Technology – texnologiya, Engineering – mühəndislik ve Mathematics – riyaziyyat sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni  təlim texnologiyalarından  biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrılıqda yox, birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi nəzərdə tutulur.

STEM şagirdlər fənləri biri birindən ayırmamağa başlayırlar.Onlar dərs keçilən zaman “bu dərs mənim nəyimə lazımdır ki..?! “ kimi yalnış fikirlərə düşmürlər əksinə, “bu dərsdə mənə maraqlı olan hissə hansıdır? “ kimi araşdırmacı xarakterlər formalaşır.STEM müəllimlər də tədris etdikləri fənnin üzərində özlərinəməxsus araşdırmalar aparırlar və həmçinin onlar dərs dedikləri siniflərdə də şagirdlərdə bir çox xüsusiyyətlərin axtarışına başlayırlar.

STEM özündə 21 –ci əsr bacarıqlarının hamısını birləşdirir.STEM şagirdlərdə əməktaşlıq,tənqidi düşünmə,problemi həlletmə,mədəni aydınlıq,məlumatların idarə edilməsi,texnikadan səmərəli istifadə edilməsi kimi bacarıqlar formalaşır.

STEM müəyyən bir problemə söykənərək onun həllinə nail olmaq üçün istifadə olunan ən doğru yoldur.Şagird bu yolda həm araşdırmacı ,həm həll edici ,həm də yaradıcı bir missiyanı icra edir.

Araşdırmacılar izlədikləri izləmlərinə görə belə bir nəticəyə gəlmişdilər ki,2023 cü ildə artıq bir çox iş sahəsində insan gücünü robotlarla əvəz edəcəklər və bununlada işsiz qalan insanların sayı artacaqdır.Buna görə də artıq cəmiyyətdə sıradan olan insanlar çətinliklərlə üzləşəcəklər.Cəmiyyətdə yaradıcı,araşdırmacı,bir çox sahələrdən məlumatı olan insanlar ön plana çıxacaqlar.Yaradıcı insanlara təlabat artacaqdır.Bu istiqamətdə insanları inkişafa apran ən çox etibar edilən dərs metodu yenə də STEM metodudur.Həmçinin bu təlim metodu ilə yetişdirilən bir nəsil artiq hər bir çətin yoldan çıxış yolunu özləri axtarmağa başlayacaqlar.Bu təlim ilə böyüyən təhsilalanlar hər bir situasiyada alternativ bir yolun  olduğunu biləcəklər.STEM insanlara universitet və diplomların sözünün keçmədiyi ,yalnız insan beyninin və yaradıcılığının sözünün keçdiyi bir cəmiyyət yaradacaqdır.İnsanlar kəşflərə daha çox meyilli olacaqlar.Hər bir fərdin həyatda özünün izi olamalı olduğunu dərk edən və başqasının izini təkrarlayaraq eyni yolada təkrar təkrar irəliləməyən ,daha geniş düşüncəli nəsil böyüyəcəkdir.

Bəzən düşünülür ki STEM təlim metodunun aparıcı fənləri təbiət və riyaziyyat fənnidir.STEM şagird bilməlidir ki o bu yola çıxıbsa ,yaradıcılığının nəticəsi olaraq yeni bir fikir və ya kəşf ortaya qoymalıdır.Kəşfini təqdim etmək , insanlara qəbul etdirmək və geniş insan kütləsinə nümayiş etdirməyi üçün isə STEM insanının xarici dil bacarığı ,nitq səlistliyi,psixologiya biliyi yerində olmalıdır.Buna görə də STEM təlim metodu bütün təlim mövzularını özündə mütləq şəkildə birləşdirir və təhsilalanı bu yolda irəliləməyi üçün əsil istiqamətverici müəllimə çevrilir.

Mən STEM ilə 2017/2018 ci təhsil ilində tanış olmuşam.”STEM müəllim” olaraq bu yolda maraqla və böyük həvəslə irəliləmişəm.Dərs dediyim bir çox siniflərdə şagirdlərimi də STEM təlim metodu ilə tanış etmişəm.Mənim STEM şagirdlərim artıq dərs müddətində tədris edilən bütün fənn mövzularını keçərkən bu məlumatların onlar üçün nə dərəcə gərəkli olduğunu və hansı istiqamətdə bu məlumatlardan düzgün yararlanmalı olduqlarını arşdırmağa başlayırlar.Bəzən tarix dərsində keçdikləri bir mövzunu riyaziyyat və ya qeyri bir fənlə elə inteqrasiya etməyə başlayırlar ki müəllimlərinin özləri belə heyran qalırar.Fənlərarası gizli qalan əlaqələri açmağa başlayırlar.Misal olaraq İnformatika dərsində keçdikləri bir mövzunun inteqrasiyasını misal gətirmək istərdim.5 ci sinif şadirdləri olaraq “KODLAŞMA” mövzusunu informatika dərsindən araşdırmağa başladılar.STEM şagirdlər olaraq onlar kodlaşmanı Musiqi,Ana dili,Kimya,Fizika ,Riyaziyyat hətta qulaqdan əlil insanların keçdikləri dil ilə də inteqrasiya edərək çox maraqlı bir alət və divar qəzeti hazırlayaraq nümayişə təqdim etdilər və “STEM Azərbaycanda dərs metodu” müsabiqəsinin qalibi oldular.

Bu 5 ci sinif STEM sinifinin və STEM müəlliminin bir uğuru idi.Sözügedən sinifin şagirdləri artıq həyatlarının hər sahəsində qarşılaşdıqları maraqlı məqamlardan nəticə çıxarmağa,məktəbdən təşkil olunan istənilən gəzinti və ekskursiyalarda onlar üçün yararlı olan məlumatlar toplamağa və araşdırmalar etməyə başladılar.

STEM təlim metodunun tətbiq edildiyi sinifdə artıq gələcək nəsil üçün daha yaradıcı bir şəxsiyyət formalaşmağa başladığını açıqca görmək olur.

STEM dərslərinin nəticəsi real dünya problemləri və problemlərin həllinə yönəlir.Bu dərs şagirdləri məhsuldar komanda işinə cəlb edir.Dərs metodunun araşdırdığı və əldə etdiyi nəticənin bir neçə cavabı əldə olunur.

STEM dərs metodundan bəhs edərkən onun şagird və müəllimlərdə inkişaf etdirdiyi “4K” bacarıqlarına nəzər salmadan keçmək olmaz.Həmin bacarəqlar aşağıdakılardan ibarətdir

1.Kreativlik-yaradıcı yanaşma

2.Kritik düşünmə-tənqidi düşünmə və təfəkkür

3.Kollobrasiya-əməktaşlıq.

4.Kommunikasiya-əlaqə

“4K” bacarığının tam formalaşdığı bir toplumun,nəsilin yetişdiyi bir ölkə hər zaman irəlyə inamla addımlayacaqdır ki, belə bacarığa məxsus insanlara da Azərbaycanın böyük ehtiyyacı vardır.

STEM təlimi keçmiş bir müəllim öz şagirdlərinə texnalogiyaın,mühəndisliyin,riyaziyyat və fizikanın sirlərini əyləncəli –praktiki yollarla öyrədir.

Qardaş ölkə Türkiyə təhsilində STEM təlim formasının tətbiqinə 2014 cü ildən etibarən başlanmışdır.Artıq 4 il kimi qısa bir zamanda çox böyük nəaliyyətlər əldə olunmuşdur.Türkiyədə  STEM kamplar yaradılmış,şagirdlərin STEM bacarığını tam formalaşdırmaq və yaradıcılıqlarını nümayiş etdirmək ,qiymətləndirmək üşün bəzi təhsil ocaqlarında STEM sinif otaqları belə yaradılmışdır.STEM sinif otağı mühitinin sayının 6 ədəd olması məqbul sayılmışdır.Bu sinif otaqları aşağıdakılardan ibarət ola bilər:

1.Planlaşdırma mühiti :şagirdlərin STEM öyrənmə layihəsini və iş planlaşdırmasını düzgün tərtib etməkləri üçün otaq.

2.İnteqrasiya mühiti :şagirdlərin üzərində işlədikləri layihənin inkişafi üşün ehtiyyac bildikləri məlumat bazasının olduğu və texnalogiyada rahat istifadə edəcəkləri otaq.

3.Təqdimat mühiti :Şagirdlərin STEM layihələrini şagird və müəllim kollektivinə təqdim etmək,layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmək üçün mübadilə otağı.

4.Tədqiqat mühiti :şagirdlərin kəşfedərək öyrəndiklərinin təşvik edildiyi;STEM layihələri ilə əlaqədar gözləntilərin ardırıldığının izləndiyi ,labaratoriya işlərinin həyata keçirildiyi,müəllimlərin şagirdləri düzgün istiqamətləndirəbiləcəyi otaq.

5.Əməktaşlıq mühiti :STEM layihələri ətrafinda şagirdlərarası müzakirə ediləcəyi ,layihənin nə dərəcə tam yerinə yetirildiyinə dair nəticələrin,hesablamaların aparıldığı,çatışmamazlılığın müəyyən edilib ,həll yolunun dəqiqləşdirildiyi otaq.

  1. Yaradıcılıq mühiti :şagirdlərin məktəblərində həyata keçirdikləri STEM layihə çərçivəsində fərdi və ya qqrup şəklində araşdırdıqları və bu araşdırmaların nəticəsi olaraq əldə etdikləri tasarım və ya kəşf otağı.

Yuxarıda qeyd olunan otaq sayı məktəblərdə tam sayda təşkil oluna bilmədikdə bu otaqların bəzilər eyni bir mühitdə birləşdirilərək amma,şagirdlərin inkişafı üçün ehtiyyacların tam ödənilməsi nəzarətdə saxlanılaraq  otaq sayını azaltmaq olar.

STEM inkişaf yolunda şagirdlərdənmüəllimlərdən gözlənilən tələblər və bacarıqlar da olmalıdır.Sözügedən mövzuya nəzər salaq.

STEM şagird bacarıqları :şagirdlər problemli istiqamətlərin müəyyən edilməsi,təyin edilmiş problemin həllinin əldə olunması üçün yeni biliklərin öyrənməsindən daha çox,araşdırma etmə və təkliflər təqdim etməlidirlər.

STEM müəllim bacarıqları:

  • İstiqamətverici olmalıdır
  • STEM ilə əlaqədar seminar və layihələrdə iştirak etməli
  • Öyrənməyi,əməkdaşlığı texnalogiyadan istifadə edərək inkişaf etdirməli
  • STEM tədbirlər təşkil etməli və inkişaf etdirməli
  • STEM təhsil tədbirlərininin nəticəsini və bu haqda məlumatları sosiyal mediyada tez tez işıqlandırmalıdır. (Kearney ,2015)

STEM təlim texnalogiyası əsasən iki istiqamət irəliləməkdədir: tədqiqatçıyaradıcı.

Tədqiqatçı olaraq STEM şagirdlər hər kansı bir qurğunu,məlumatı araşdırır.Məs:Araşdırmacı STEM şagird peşə məktəbləri ilə əməktaşlıq edə bilər.Orada olan, işə yaramayan köhnə radio televizor və başqa qurğuların tərkibini öyrənmək üçün bu qurğuları söküb daxili qurğularini və iş prinsipini tədqiq edə bilər.Bununla STEM şagird araşdırdığı problemli istiqamət kaqqında tam dəqiq məlumatlar əldə etmiş olar.

   Yaradıcı olaraq STEM şagirdlər isə problemə dayanıqlı olaraq problemin həllinə yönələn iş apararaq layihənin sonunda  yeni bir məhsul yaratmış olur.

Azərbaycanın STEM təlim texnalogiyasının xüsusiyyətlərinin  formalaşdırdığı gələcək nəsilə böyük ehtiyyacı vardır. Azərbaycan gəncliyi hər zaman özünüinkişafa meyilli olmuşdur.STEM təlim metodunun təsiri ilə  bu inkişaf hər zaman doğru istiqamətdə irəliləyəcəyindən əminəm!

 

Bakı şəhəri  221 nömrəli tam orta məktəbin

Riyaziyyat və informatika müəlli

 “Azərbaycanda STEM müəllimləri  müsabiqəsinin qalibi”  :

Həmidova İlahə Aftandil qızı

 Email :shanidar086@gmail.com

 

loading...