Qubada “Azərişığ”ın maşını aşdı: 2 ölü, 2 yaralı

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayonun Söhüb kəndində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu maşın aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

loading...