“Traxtur” klubunun sahibindən yeni sürpriz transfer planı

Güney Azərbaycanın “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zenuzi komandasını güclü oyunçularla növbəti super liqa yarışlarına hazırlayır.

 

İran mediasının yaydığı məlumata görə, ticarət işləri ilə əlaqədar Rusiyaya səfər edən məşhur iş adamı M.Zenuzi Rusiyada böyük nüfuza malikdir, onun bir çox iş adamları ilə yaxşı münasibəti var. O məhz nüfuzuna görə Rza Şikarini Rusiyadan “Traxtur”a transfer edə bildi. İndi isə yenidən Rusiyaya dönən məşhur iranlı yarımmüdafiəçi Səid İzətullahini “Traxtur”a gətirmək istəyir. Klub sahibininin bu barədə rusların razılığını əldə edəcəyi gözlənilir.

 

M.Zenuzinin yaxınları onun S.İzətullahini “Traxtur”a cəlb etməyə çalışdığını, yaxın günlərdə sürpriz transfer planının reallaşa biləcəyini bildiriblər.

 

İran vətəndaşı olan oyunçuların komandaya cəlb olunması klub üçün daha az vəsait tələb edir. Ona görə də S.İzəttulahi ilə müqavilə bağlamaq sərfəli hesab olunur.

 

Ekspertlərin fikirinə görə, məşhur yarımmüdafiəçinin  transfer edilməsi ilə oyunçular təkmilləşir, “Traxtur” növbəti super liqa yarışlarında daha güclü şəkildə iştirak edə bilər.

loading...