Kağıza sığmayan dəyərlər…

Tipik azərbaycanlı qadın üçün uşaq hər zaman soyuq və odlu silah olub. Lazım bildiyi məqamlarda bu silahdan amansızca istifadə edir.

Belə planlar üzərində baş sındırmaq əvəzinə, özlərini və övladlarını kindən, nifrətdən uzaq tutsalar, öz ayaqları üzərində dayanmağı bacarsalar daha yaxşı olar və Azərbaycan qadınının dəyanətini nümunəyə çevirə bilərlər…

Bizim cəmiyyətdə, təəssüf ki, hər məqamda sənəd -sübut insandan, mənəvi dəyərlərdən önə çıxır. Məsələn, iki insan bir-birini sevirsə və bu sevgini qarşı tərəfə inandırmaq üçün mütləq üfüqdə nikah şəhadətnaməsi olmalıdır. Xanım yalnız bu halda qarşı tərəfin onu sevdiyinə inanacaq. Əks halda ona qarşı olunan hansısa diqqət, qayğı, sevgi bir müddətdən sonra cavabsız qalacaq.

Məlum, ata hər zaman ana kimi övladı düşünməyə bilər. Amma ata övladına varlığını hiss elətdirirsə burada sənəd də, pul da sonuncu yerdədir. Heç bir yerdə işləməyən ata qonorar aldığı gün övladını unutmursa, dostlarının dəstəyi ilə hərbi xidmətdəki övladının yanında olursa, övladlarının təhsilli maddi imkanı çatdığı qədər dəstək olursa,  burada sənədi, sübutu düşünənlər adamı qorxudur…

Bir də başqa ata modeli ilə tanış olun: Həftədə bir dəfə uşağını görmə şansı olur  və həmin günə iş salan ataya uşaq sual verir:

  • Ata, sənin üçün iş vacibdir, yoxsa bizi görmək?
  • Əlbəttə, iş.

Bir də bu cavabın travması ilə yaşayan uşağı düşünün və ondan sonra keçmiş həyat yoldaşınızın övladı ilə olan mənəvi sevgini, bağı götür-qoy edin…

Bəli, ata-ana olmaq evcik-evcik oynuna bənzəmir.

Ona görə də hər hansısa sənədi, kağız parçasını dəyərlərlərdən üstün tutanlar cəmiyyətə yükdür…

Nigar Adil

loading...