“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi…

“Arsenal” futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı nəhayət, bir neçə saat əvvəl yekun qərar verdi.

Klubun rəsmi saytı vasitəsi ilə yayılan açıqlamada erməni yarımmüdafiəçinin Bakıya gətirilməyəcəyi vurğulanıb: “Arsenal” futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a bu qərardan bir neçə saat əvvəl maraqlı fikirlər deyib: “Mxitaryan təhlükəsizliyinə təminat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Əgər bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ. Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq”.

Daha sonra səfir belə bir sual verib: “Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu, ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”

***

Картинки по запросу арсенал челси 2019 baku

“Arsenal” kimi bir nüfuzlu klubun ermənilərə bu sayaq “top daşıması” əlbəttə ki, üzücüdür. Niyə axı gətirmədiniz ki, indi oturub yas qurursuz? Bircə fakt deyin ki, Mxitaryanı niyə gətirmədiz? Nədən hürkdünüz? Mxitaryan klubun təəssübünü çəkən biri olsaydı, gərəkirdi ki, “təhlükəni” gözardı edib gələydi. Axı Bakıda final oynamaq nəyinki ona, heç “Arsenal”a bir də çətin ki qismət olaydı…

2015-сi ildə “Qəbələ”  Avroliqanın qrupunda “Borussiya” ilə bir qrupa düşmüşdü. Dərhal da o zaman həmin klubda oynayan Mxitaryanın Azərbaycana gəlib-gəlməyəcəyi müzakirə mövzusuna çevrilmişdi. Sonda Mxitaryan gəlmədi.  Ötən il “Qarabağ” Avroliqanın qrupunda “Arsenal” la bir qrupa düşəndə o,  artıq ingilis klubunun heyətində idi və yenə bu mövzu ilə spekulyasiya edildi. “Arsenal” yenə bəyanat verdi, gileyləndi, sonda Mxitaryanı yenə Bakıya gələsi olmadı.

Adam Bakıya gəlməkdən niyə qorxur, bunu bəyan etsin. Desin ki, mənim qan qardaşlarım azərbaycanlıların qanını töküb, torpaqlarını işğal edib. Mən də gəlmirəm, vicdanım ağrıyır ki, Azərbaycan bütün bunlara rəğmən mənə rəsmən təhlükəsizlik təminatı verir, axı mənim millətim onlara pislik edib. Bunu demir. Deməyə, cəsarət lazım. Cəsarəti olsa, “Arsenal”lı olsa, elə finala gələrdi də…

Картинки по запросу mxitaryan

Mxitaryanın bu dəfə də Bakıya gəlməyəcəyi bilinirdi. Çünki ermənilərin və ingilis mediasının qarnının ağrısı Mxitaryan deyildi. Mxitaryanın da “qorxudan” Bakı deyildi. Bu, bir siyasi lotuluq idi ki, onu ermənilər bu dəfə “Arsenal”ın köməyi ilə futbola gətirdilər.

Mxitaryanın “Arsenal”da builki statistikası ilə bağlı ötən yazımda qeydlər etmişdim. Yenə yada salmaqda fayda var: sezonda 25 oyunda forma geyinib, cəmi 1901 dəqiqə meydanda olub, 6 qol vurub, 4 uğurlu ötürmə edib. “Arsenal”ın  dərin kədərləndiyi, əsas oyunçusu dediyi Mxitaryanın göstəriciləri budur! Ortababdan da aşağı göstərici… “Arsenal” və ingilis mediası isə elə hay-küy qaldırıb ki, sanki Mxitaryan klubda Messinin görəcəyi işi görür və final Bakıda olmasaydı, “Çelsi”yə 4 top vuracaqdı…Yalanın bu qədəri…Qınamalı deyil, ermənin  oyununa gəldinsə, hətta Mxitaryana “erməni Pele” də demək olar…

Mxitaryanın nə mal olduğunu məgər “Çelsi” bilmir? Nəyə lazımdır bu yalançı gözyaşları? Kimi aldadırsıniz?  Dünyanın həvəslə gözlədiyi bir finalı  Mxitaryan probleminə çevirmək yaraşdımı? UEFA-ya nə məktub yazmısız axı? Bir futbolçu uzun müddət oynadığı klubu dəyişib başqa kluba keçəndə Avropa stadionlarında yaşananları niyə yada salmırsız? Azarkeşlər həmin oyunçuya itin sözünü deyir, pankratlar qaldırıb xain elan edir, hətta stadiona çıxıb təpikləyirlər də.  İndi bu Mxiraryan sabah başqa bir ingilis klubuna keçsə, onun təhlükəsizliyinə “Arsenal” təminat verəcək, yoxsa oynadığı klub?

“Arsenal” “Çelsi” ilə finaldan ehtiyat edir. O səbəbdən  bəlkə də imkanları olsa, bütün klub gəlməzdi…

Nazim SABİROĞLU,
Musavat.com

loading...