“Neftçi” rəhbərliyi “Qarabağ”a görə AFFA-ya müraciət etdi – GƏRGİN ANLAR YAŞANIR

“Neftçi” klubu Premyer Liqanın ardıcıl 7-ci çempionu olan “Qarabağ”ın “Bakcell Arena”da mükafatlandırılmasından narahatdır.

Publika.az xəbər verir ki, “Flaqman” son turun oyununun “Dalğa Arena”da keçirilməsi üçün AFFA ilə danışıqlar aparır.

Bildirilir ki, “Neftçi” rəhbərliyi və azarkeşləri “Qarabağ”ın çempionluğunu onların meydanında qeyd etməsini istəmir. Bu səbəbdən son turdakı qarşılaşmanın yerini dəyişmək istəyir. Səbəb olaraq isə “Qarabağ” azarkeşlərinin təhlükəsizliyini təmin edə bilməyəcəklərini göstərirlər.

Qeyd edək ki, turnirin son oyunu məhz sözügedən komandalar arasında baş tutacaq. “Qarabağ” Azərbaycan Premyer liqasının 27-ci turunda “Səbail”ə 4-0 hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirib.

PFL çempionun turnirin son oyununda mükafatlandırılacağını açıqlayıb.

loading...