Bakı may bayramlarında səyahət üçün MDB ölkələrinin ən yaxşı şəhərləri arasında birinci yeri tutub

“TurStat” analitik agentliyi 2019-cu ilin may bayramlarıda turistlərin sayahəti üçün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı şəhərləri reytinqini hazırlayıb.

Trend-in məlumatına görə, MDB şəhərlərinin reytinqi may ayında turist səyahətlərinin təhlilinin nəticələri əsasında hazırlanıb.

Reytinq:

1. Bakı, Azərbaycan
2. Misnk, Belarus
3. Nur-Sultan (Astana), Qazaxıstan
4. Yerevan, Ermənistan
5. Alma-Ata, Qazaxıstan
6. Daşkənd, Özbəkistan
7. Bişkek, Qırğızıstan
8. Kişinyov, Moldova
9. Düşənbə, Tacikistan
10. Aşqabad, Türkmənistan

Analitik agentliyin məlumatına əsasən, turistlər may ayında MDB ölkələrinə 3-5 günlük gəlirlər və gün ərazində 60-120 dollar pul xərcləyirlər.

Şopinq və alış-veriş səfərləri üçün turistlər Azərbaycanın paytaxtı Bakını seçirlər.

loading...