“100 yaşlı Tovuz futbolu” kitabının təqdimatı və Tovuz futbolunun 100 illiyi ilə bağlı möhtəşəm təqdimat

Bakıdakı “AzərKitab” Kitab Təbliğat Mərkəzində“100 yaşlı Tovuz
futbolu” kitabının təqdimat mərasimi keçirilib.“Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi
Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi
olaraq keçirilən tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, AFFA
mənsubları, idmansevərlər, sahə mütəxəssisləri, gənclər və b. iştirak edib. Bu,
Azərbaycan futbolunda özünəməxsus yeri, ənənələri olan Tovuz futbol
təsərrüfatının dünəni, bugünü və gələcəyi ilə bağlı fikir mübadiləsi ilə də yadda
qalan tədbir olub.
Tədbirin aparıcısı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı,
ensiklopedik xüsusiyyətləri ilə seçilən kitabı gərgin əməyin, çoxillik
araşdırmaların məhsulu olaraq qiymətləndirib.
ABAİB prezidenti, Millət vəkili dos.dr.Qənirə Paşayeva vurğulayıb ki,
“Zəngin ənənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq
azarkeşləri və digər məziyyətləri ilə həmişə seçilib. Təsadüfi deyil, UEFA
miqyasında müstəqil respublikamızı ilk dəfə Tovuzun “Turan” futbol klubu
təmsil edib. “Turan” dəfələrlə respublika çempionatında qabaqcıl yerlər tutub,
ilklərə imza atıb.
Əlbəttə, obyektiv, subyektib səbəblərdən bugün Tovuzun futbol komandası öz
keçmiş şöhrətinə uyğun mövqelərdə deyil, lakin istər rayon rəhbərliyinin, istərsə
də, əlaqədar qurum və quruluşların, AFFA-nın dəstəyi ilə komandanın
problemlərinin öz həllini tapacağına inanırıq. Heç şübhəsiz, keçmiş şöhrətin
qaytarılması önəmli dərəcədə, komandanın əzmkar futbolçularından, o
cümlədən azarkeşlərdən də asılıdır.
Mən sevinc hissi ilə demək istərdim ki, AFFA-nın Futbol Akademiyası məhz
Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən
respublikamız üçün əlamətdar hadisədir. Belə bir Akademiyanın məhz Tovuzda
yerləşməsi özünəməxsus ənənələri olan Tovuz futbol təsərrüfatına, Tovuzda
futbolun gələcəyinə inamın, ümidin ifadəsi kimi də şərh oluna bilər; bölgələrin
inkişafına töhfə kimi də.
Fürsətdən istifadə edib, artıq 100-dən artıq yaşı olan Tovuz futbolunun
təməllərini atanlara, onu zamanında inkişaf etdirənlərə Tanrıdan rəhmət, bugün

də futbolla nəfəs alan, ona dəstək verənlərər isə möhkəm can sağlığı, iş
avandlığı diləyirəm!”
Kitabın müəllifi Rasim Əliyev bu ensiklopedik nəşrin ideyası, ideyanın necə
gerçəkləşməsi barədə ətraflı bilgi verərərk, Tovuz Xeyriyyə Cəmiyyətinin
kitabın çapına verdiyi dəstəyi xüsusilə vurğulayıb, həmçinin Tovuzda futbol
təsərrüfatını canlandırmaqla bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Gənclər-İdman Komitəsinin sədr müavini Şahin
İsmayılov, millət vəkili Aydın Hüseynov, AFFA Mətbuat katibiFeyruz
Abdullayev, əfsanəvi futbolçu Kazbek Tuayev, Tovuz futbol təsərrüfatının
canlanmasında, uğurlar qazanmasında dəstəkçi olan insanlardan, onlarla insan
adından Vidadi Əhmədov, Yaşar Sultanov, Tovuz rayon Gənclər-İdman
İdarəsinin rəisi Sahib Ələsgərov, “Turan”ın keçmiş futbolçusu, hazırda klubun
İcraçı direktoru Nadir Nəbiyev, Tovuz futbolunun yetirməsi, tanınmış idman
veteranı Rasim Zeynalov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru
Faiq Qurbanov, Təbrizli futbol azarkeşi, yazar Abbas Səhba,professorlar İradə
Hüseynova, Nəsir Əhmədli, kitabın hazırlanmasında yaxından iştirak etmiş
naşir Ramiz Hümmətov, “AzərKitab”ın qurucusu Sabir Həsənovçıxış edərək,
ölkəmizdə həyata keçirilən gənclər-idman siyasəti, müvafiq sahəyə dair
konseptual yanaşmalar və o cümlədən mövzuya aid ensiklopedik nəşrin önəmi
ilə bağlı danışıblar. Belə bir ortaq fikir vurğulanıb ki, istər futbol, istərsə, başqa
bir idman növünün xüsusilə bölgələrdə populyarlıq qazanması, tərəfdarlar
toplaması ümumi işin xeyrinə olub, gənclərin zərərli vərdişlərdən uzaq
tutulması üçün daha əlverişli imkanlara meydan açır.
Sonra müəllif oxucular üçün kitab imzalayıb, xatirə şəkilləri çəkilib.
“100 yaşlı Tovuz futbolu”nun Tovuzda da təqdimat mərasiminin keçirilməsi
nəzərdə tutulub.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə
bilərsiniz.

 

 

.

 

loading...