QƏDIM ŞƏHƏRIN QƏDIM KİŞİLƏRI

Bir kişi ilə qadın mübahisə edəndə, xanımlardan yarızarafat, yarıgerçək tez-tez eşidirik – O kişilər 41-ci ildə qırıldı qurtardı, daha elə qədimi KİŞİLƏR qalmayıb. Nə idi bu məvhum, onlar üçün görəsən necə olurdu ki, qədimi KİŞİLƏR?!
Bu yaxınlarda Dərbənddə olduğum zaman keçmiş illərin bir əhvalatını eşitdim, anladım ki, sən demə QƏDİMİ KİŞİLƏR əfsanə deyilmiş, onlar həqiqətən də mövcud imişlər. Onların indiki, yəni müasir kişilərdən nə ilə fərqləndiyini özünüz oxuyub, fərqinə varın.
Oxucularımıza danışacağım əhvalat düz 100 il bundan öncə olub, məhz buna görə də bəzi adamların adları naməlum olduğu üçün, şərti adlardan istifadə edilib, bəziləri isə həqiqətdir. Bəzi məqamlara aydınlıq gətirmək üçün isə bədii çalarlardan istifadə etmişəm, amma danışdığım əhvalat həqiqətən baş verib…

Bu əhvalat 1917-1920-ci illəri əhatə edir. O vaxtlar Rusiya imperiyası dağılmaq ərəfəsində idi, bir tərəfdən bolşeviklərin inqilabı hərəkatı, digər tərəfdən Birinci Dünya Müharibəsində Rusiyanın məğlub durumu, Rusiya imperiyasını çalxalandırırdı. Azərbaycanı daim əsarət altında saxlamaq üçün imperiyanın, erməni cəlladı Stepan Şaumyanın əli ilə müxtəlif bölgələrdə – Bakıda, Qubada, Şamaxıda və digər rayonlarda qırğınlar törətməsi, hamıya bəllidir. Şimaldan Dərbənddə yaşayan azərbaycanlıların Azərbaycandakı qardaşlarına kömək göstərməməsi, ümumiyyətlə Rusiyadan ayrılıb yenidən Azərbaycana birləşməməsi üçün imperiya canişinləri tədbirlər görmüşdü. Həmin illərdə Dərbənd əhalisini qorxu içərisində saxlamaq üçün Stavropol vilayətindən erməni quldurlar gətirilmişdi. Erməni qulduru Aramın başçılığı altında bir banda fəaliyyət göstərirdi, onların dəstəsi bir balaca başını qaldıran azərbaycanlılara divan tutur, azərbaycanlı millətindən olan ziyalıları öldürür, evlərə girib talanlar törədirdilər. Məlum məsələdir ki, rusların yerli hökumət orqanları bu quldur dəstəsini tutmaq, zərərsizləşdirmək barədə heç düşünmürdü də.
Son vaxtlar quldurların başçısı Aram lap quduzlaşmışdı, həftənin bazar günləri Dərbəndin yuxarı bazarına gələr, burada gözünə dəyən tənha, cavan qadınları güdər, bazardan çıxanda onları qaçırardı. Bir neçə gün saxlayıb əyləndikdən sonra qızı-gəlini öldürüb atardı. Əhali bu binamusun əlindən zinhara gəlmişdi, amma neyləyəsən, hökumət də özləri idi, quldurluq edənlər də. Dovşana deyirdi qaç, tazıya deyirdi tut…
Günlərin bir günü dağ kəndi Marağadan şəhərə alış-veriş etməkçün iki qadın gəlir. Bunlardan birisi (adlar şərtidir) 15 yaşlarında qızcığaz Umaydət* və onun dayısı arvadı idi. Dayısı arvadı gətirdiyi əyin-üyünü satmaqla məşğul olduğu zaman, qızcığaz isə ərzaq almaqçün bazarı gəzib dolaşırdı, sonra yenidən görüşüb kəndə qayıdacaqdılar. Bu zaman quldur Aram da öz dəstəsi ilə bazara gəlmişdi… Qəhvəyi-şabalıdı saçlarının az qala dizlərinə çatan hörükləri, qırmızı yanaqları, mavi gözləri Umaydəti həddindən artıq cazibəli edirdi. Bazarda gəzərkən quldur Aramın gözü qızcığaza sataşır, güdüb bazardan çıxanda atla gəlib arxadan onu tutur, qaldırıb atının üstünə qoyur və qızcığazı qaçırır…
Səhər qonşu dağların dumanı-çəni çəkilməyə başlayanda kənd yolunda şəhərə gedib-gələnlər dəhşətli mənzərənin şahidi oldular… Qış vaxtı ayaqyalın, başıaçıq, pərişan saçlarını külək oynadan, ayaqları qan-qənçər, sifəti kəsik-kəsik qızcığaz kəndin dik yolunu qalxırdı. Məlum məsələdir ki, kəndin camaatı onu tanıyırdı və şəhərdən qayıdanlar qızcığazı arabaya qoyub evlərinə aparmaq istəmişdi. Amma başına gətirilmiş müsibətdən sonra Umaydət dəli olmuşdu, mavi gözlərinə qaranlıq zülmət çökmüşdü. Ona kömək edib arabaya mindirmək istəyən qadınlardan birinin üz-gözünü cırmaqlamışdı.
Gəlib kəndə çatmışdı, amma evlərinə getmək əvəzinə sola dönüb köhnə qəbiristanlığa** girmişdi. Məlum məsələdir ki, yolda onu görənlər anasına xəbər çatdırmışdılar… Anası havalanıb qaça-qaça qəbiristanlığa tərəf gəlmişdi. Ona gəlib çatanda qəbiristanlığın sonundakı sal qayanın üstünə çıxıb dayanmışdı. Anası onu görüb haray saldı, Umaydət sonuncu dəfə üzünü çevirib anasına baxdı. Sonra yaşlı gözlərini aşağı salıb özü də baxışlarındakı bu uçurumun dalınca getdi, özünü 25-30 metr hündürlükdəki sal qayadan aşağı buraxdı.
Qızcığazı dəfn etdikdən sonra kənd əhalisi axşam namazına yığılmışdı. Namazdan sonra kəndin axundu (adlar şərtidir) Şıxəhməd baba kişiləridən dağılmamağı xahiş etdi. Üzünü kəndin kişilərinə tutub dedi:
– Əziz həmkəndlilərim, qardaşlarım. Bilirsinizmi nə pis işlər oldu? Alçaq erməni Aram pis işlər etdi, namusumuza ləkə vurdu… İndi onun cəzası verilməlidir, Aramın fitvasını verirəm!!! Erməni Aram it kimi öldürülməlidir!!! Siz bilirsiniz, binəva Umaydətin atası rəhmətlik Hüseyn kişi kəndin mal-qarasını sel aparmasın deyə dərədən keçirməyə kömək edəndə ildırım vurub ölmüşdü. Əmisi Əmirəhməd isə Çar ordusunda zabitdir, uzaqlarda xidmət edir. İndi onun namusu hər birimizə çatır, onun qızının namusunun qanını almalıyıq. Kim Aramı öldürə bilər? O zamanlar kəndlərdə hökumət nümayəndəsi elə axundlar, qazilər, mollalar olardı. Erməni Aramın ölümünə fətva vermək o demək idi ki, kəndin axundu Şıxəhməd baba hökumət nümayəndələri ilə söhbəti, haqq-hesabı özü çəkəcəkdi, yəni bütün işlər onun nəzarətində olacaqdı…
Bu təklifdən sonra məsləhətləşmələr başlandı. Bəziləri dedi ki, qoy onun qohumlarından kimsə erməni Aramı öldürsün, biriləri dedi ki, gəlin püşk ataq, kimə düşsə o da öldürsün… Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, erməni Aram 40-41 yaşlarında, 2,6 – 2,7 metr hündürlüyündə, 120-130 kq ağırlığında bir nəhəng idi. Qara yalınlı kəhər atı, əmlik quzudan qəhvəyi kürkü, ağ rəngli kətan qaftanı, qara şalvarı vardı. Ayağına avar kişilərinin milli geyimi olan, camış dərisindən hazırlanmış, dabanı 2 barmaq hündürlüyündə, ağzı çarıq kimi yuxarı, boğazı dizəqədər gəlib qatlanan, qatlandığı yerdə isə ağ quzu dərisi üstündə avar xanımlarının əllə vurduğu ornament naxışlardan ibarət çəkmələr vardı. O zamanlar özündən əvvəl kişinin atına, sonra da çəkmələrinə baxardılar. Aramın atı da, çəkmələri də onun yaşayış səviyəsinin çox imkanlı olduğunu göstərirdi… Məhz bu səbəbdən də bu Aramı öldürmək problemə çevrilirdi. Digər tərəfdən isə qədimi KİŞİLƏR bir-birini arxadan vurmazdı, üz-üzə, göz-gözə gəlib sözünü deyər, mərdi-mərdanə də öldürərdilər… Məhz buna görə də 2 metrdən hündür boyu, 120 kilodan ağır çəkisi olan Aramın kim öldürə biləcəyi çox böyük sual doğururdu. El arasında bu murdar Arama Dərbənd camaatı o qədər nifrət edərdilər ki, dalınca söz qoşmuşdular – guya onun erməni anasını şəhərdə heç bir kişi “razı sala bilmədiyi” üçün, Aramın anası dağlardakı meşələrə qalxıb, oradakı divlərlə qarışıb və Aramı doğub. Məhz buna görə də divlər kimi yekəpər və qəddar idi…
Püşk atırlar, öldürmək kağızı kəndin əl balacaboy, ən ölüvay kişisinə düşür. Hamı dilxor olur, ümidsizliyə qapılırlar. Gecəyarıdan keçənə kişilər dağılışmağa başlayırlar. Bu zaman rəhmətlik Umaydətin dayısı Binədi İrandan gəlib çıxır. Həmin ölüm hökmü yazılmış kağızı ölüvay kişidən alıb deyir – mən bu qudurmuş köpək Aramı öldürəcəyəm. Binədi ortaboylu, dolubədənli, 44-45 yaşlarında bir kişi idi. İrana mal aparıb gətirər, kiçik ticarətlə məşğul olardı.
Həftənin bazar günü səhər tezdən yenə də hampa Aram başının atlıları ilə (özü ilə birlikdə 5 nəfər idilər) Dərbəndin yuxarı bazarı istiqamətində irəliləyir. Burada əhali istər gecə, istərsə də gündüz gur olur. Bazara mal gətirənlər bazarda gecədən yer çün növbə tutur, gündüz isə alverə gələnlərin əlindən iynə atsan, yerə düşməz.
Binədi uzaqdan hampa Aramı görür, ağacların arasından çıxıb ona yaxınlaşır, atının yüyənini tutub deyir:
– Ussal*** oğlu ussal, düş atdan, indi səni öldürəcəyəm!!!
Hampa Aram heç kefini də pozmur, çünki onu öldürmək istəyən yüzlərlə idi və heç biri də Arama güc gələ bilməmişdi. Odur ki, Binədini də atının döşünə salıb qırmanclayaraq döymək, alçaltmaq, sonra öldürmək istədi. Qırmancını havaya qaldırıb Binədiyə tolazladı. Binədi sağ əlini yuxarı qaldırıb qabağa verdi, qırmanc əlinə dolaşdı. Sanki Binədi ömrü boyu elə bu anı gözləmişdi. Aramın hər addımını, hətta nə vaxt nəfəsini çəkib nə vaxt buraxacağını da götür-qoy etmişdi, ölçüb-biçmişdi. Ayaqlarını yerdə bərkidib özünü toparladı, təkan verib sağ əlini geri çəkdi. Aram bunu gözləmirdi və səndirləyib atın arxa ayaqları tərəfə yıxıldı. Tez də sıçrayıb ayağa qalxdı. Kinayəli təbəssümlə Binədiyə baxdı. Baxışları toqquşdu – istehzalı gülən Aramın gözləri yırtıcı, vəhşi heyvanın gözlərinə dönmüş Binədinin gözləri… Tədricən Aramın gözündəki təbəssüm çəkilməyə başladı, bir neçə saniyədən sonra təbəssümdən əsər-əlamət qalmadı… İndi onun gözləri artıq həqiqəti tam aydın görürdü – baxdığı gözlər Binədinin deyil, əzrayılın gözləri idi… Eh, fani dünya, mərdi namərdə satan dünya! O qədər mərd oğullar öz namusunu qoruduğu zaman hampa Aramın “caynağında” məhv olmuşdu ki… İndi budur, onun sonu yaxınlaşırdı, bunu Aram özü də hiss edirdi. Özünü camaatın yanında büruzə verməsə də, içindəki qorxu, vəhşət onu üşüdür, içəridən yeyirdi. Əlini belinə atıb naqan tapançasını çıxarıb Binədini vurmaq istədi. Dərhal atəş açıldı, Aram yerə sərildi. Binədinin yapıncının altında gizlətdiyi tüfəngi camaat və Aramın quldurları indi gördülər. Qaban gülləsi Aramın başının yarısını yox eləmişdi, arxadakı ağacdan beyninin hissəcikləri və qanı tədricən damcılayıb yerə tökülürdü. Hamı şokda idi, heç kim inanmırdı ki, erməni qaniçən Aramın sonu çatdı. Binədi Aramın meyidinə yaxınlaşdı, saqqalından tutub, başını dala əydi, yaxasını cırıb xəncərini çıxıartdı. (O vaxtlar bütün Dərbəndli kişilər belində xəncər gəzdirərdi. Bu xəncərlərin ƏN AZI 300-400 il yaşı olardı, atadan oğula miras qala-qala nəsildən-nəsilə ötürülürdü…) Aramın ürəyinin başında xəncəri ilə nəsə cızdı. Sonradan məlum oldu ki, sinəsinin üstündə üçdişli yaba şəkli çəkib. Bu Binədinin məxsusi damğası idi. O vaxtlar kənddə ata, inəyə damğa vurulardı ki, kəndin heyvanı bir-birinə qarışmasın, oğurlanmasın. Həmin damğanın bir nüsxəsi də kəndin axundunda olardı ki, mal-qara kimin olduğunu təsdiq eləsin. İndi Binədinin Aramın ürəyinin üstünü damğalaması qədim KİŞİLƏRİN dilində o demək idi ki, sən mənim malımsan, mənim yemimsən, mənim atım, mal-qaramsan. Bu arada ermənilərdən birisi, Aramın qardaşı oğlu Karen, gizlincə əlini belinə apardı ki, tapançasının çəkib Binədini vursun. Binədi soyuqqanlıqla tüfəngi ona tərəf uzadıb, baş verənləri nəzarətdə saxladığını ona xatırlatdı. Karen əlini aşağı salıb:
– Bizim səninlə işimiz yoxdur, sən də bizə dəymə, aralı dur, ölümüzü götürüb çıxaq gedək – dedi. Binədi meyidin üstündən çəkildi, “Qarabayır*” atına sıçraıb çaparaq uzaqlaşdı. Ermənilər Aramı öz atına qoyub səssizcə çıxıb getdtlər.
Bir neçə gün keçmiş, kəndə Binədini həbs etməkçün hökumət adamları gəlilər. Lakin axund Şıxəhməd baba xüsusi adamlar qoyardı, onlar da kəndə gələn 4-5 km yolu daim nəzarətdə saxlayardı. Yuxarıdan yad adamların kəndə gəlməsini açıq-aydın görmək olurdu. Bu zaman axund Şıxəhməd baba tez Binədiyə və ondan başqa da müxtəlif səbəblər üzündən axtarışda olan adamlara xəbər verərdi, onlar da 1-2 günlük azuqələrini yığıb Marağa meşələrinə çəkilər, əsgərlər çıxıb gedənə qədər orda qalardılar. Bunların adına qaçaqlar deyərdilər, sonralar Sovet vaxtı bu mərdlik simvolu olan sözə şərik quşub gözdən salmaq üçün qaçaq-quldur deyirdilər. Axund Şıxəhməd baba da hökumətin siyasətini özlərinə yeridirdi, necə ki, onlar quldur Aramı həbs etmirdilər, o da kənddə hökumətin nümayəndəsi olmasına baxmayaraq caniləri ələ vermirdi. Digər tərəfədən bu kəndin əhalisi hamısı bir-birilə qohum idi, sabah hardasa qohumları ilə üz-üzə gələcəkdi. Bu minvalla əsgərlər vaxtaşırı 3-4 dəfə Binədini həbs eiməkçün kəndə gəlib getdilər, lakin onu tuta bilmədilər.


Bir neçə ay keçdi. Hər şey öz sakit axarına düşdü. Amma bir dəfə erməni quldur Karen əmisinin qisasını almaq üçün bu kəndə başının quldurları ilə hücum etmişdi, elə bilirdi ki, o biri kəndlərdə olduğu kimi, camaat xəbər tutub köməyə gələnə qədər Binədini öldürüb, kənddən çıxacaq. Başqa, yəni düzənlikdə olan azərbaycanlı kəndlərində belə etməyə müvəffəq olmuşdu. Amma bu kəndin yolu 4-5 km-dən açıq aydın görünürdü və gecə-gündüz axundun adamları tərəfindən nəzarət altında saxlanardı. Kəndə hücuma keçmək istədiyi zaman, artıq 150-170 əli silahlı kişi kəndin girəcəyində onu gözləyirdi. Burada məlum məsələdir ki, Karenin dəstəsinə bir toy tutulur ki, erməni quldurlar hərəsi bir yana başını alıb qaçır, özlərini birtəhər meşəyə atırlar. Ermənilərdən biri ağır yaralanır, birini isə əsir götürürlər. Əsir ermənidən bütün quldurların şəhərdəki evlərinin ünvanları götürülür, şəhərə çuğul göndərilib həmin ünvanlar yoxlanılır. Ertəsi gün əsir ermənini kişilikdən məhrum edirlər, eşşəyin üstünə tərsinə mindirib üzüaşağı yola salırlar.
Yazbaşı kənddə toylar başladı. Qeyd edim ki, o vaxtlar Dərbənddə və azərbaycanlılar yaşayan ətraf kəndlərdə üç gün üç gecə toy çalınardı. Bu adət hələ 1970-ci illərə qədər qalmışdı, sonra ləğv olundu. Bir dəfə yaxındakı qonşu dağ kəndi Mitəyyədən gəlin gətirmək üçün kəndin kişiləri atları minib gəlinin dalınca gedirlər. Yol meşəlikdən keçirdi. Sən demə bundan erməni Karenin də xəbəri vardı və bilirdi ki, Binədi onların arasında olacaq. Pusqu qurub Binədini yolda tuturlar. Öldürüb başına kəndir keçirirlər, atın arxasına bağlayıb çapırlar. İndiki “Karl Marks” sovxozu olan yerdə uca çinar ağaclarının altında binəvanın meyidinin xəzəl yarpaqları ilə ört-basdır edib çıxıb gedirlər.
Bu xəbər kəndə çatır, toy yasa dönür. Binədinin yasına ögey qardaşı, tabasaranlı Vəlixan da gəlir. Binədinin atası tabasaranlıların yaşadığı Xürəx kəndində bir dul qadın vardı onu almışdı. (O vaxt bir neçə arvad almağa icazə vardı…) Amma Vəlixan qadının birinci ərindən idi və Binədi ilə qohumluğu ən balaca bacıları vasitəsilə idi. Buna baxmayaraq Binədini qardaşı kimi çox sevirdi. Yasda söhbət əsnasında axund ona erməni Karenin şəhərdə yaşadığı ünvanı deyir. O Lyudmila adlı bir qadının evində maqalların birində yaşayırdı. Lyudmilanın atası azərbaycanlı, anası rus idi. Hər ikisi rəhmətə getmişdi. Görünür haram qanı özünü büruzə vermişdi və erməni Karenə meyl salmışdı. Burda atalar yaxşı deyib ki, it gəzib itini tapar.
Tabasaranlı Vəlixan, təmkinli Binədidən fərqli olaraq dəliqanlı və coşqun xasiyyətli idi. Yasdan çıxıb atını şəhərə çapır. Hövlnak özünü deyilən ünvana çatdırır. Həyətə girən kimi, Lyudmila cırmaqları ilə onun üzərinə atılır. Lakin tabasaranlı Vəlixan dəlisov kişi idi, beyni qızanda heç Allahı da tanımazdı. Lyudmilanı boynunu qamarlayıb, yerə yıxdı tapdalayıb içəri keçdi. Karen içəri otaqda təzəcə yuxudan durmuşdu. Atılıb silahını götürmək istəyəndə Vəlixan onun çənəsinə yaxşıca bir yumruq vurdu. Sonra, öz tüfəngini çiyninə sallayıb, onun tapançasını alıb başına-başına bir neçə dəfə vurdu. Sustalandan sonra qırmancını boynuna sarıyıb sürüyə-syrüyə həyətə çıxartdı, qırmancla iti döyən kimi döyməyə başladı. Maqal camaatı özü də döyüşkən camaat idi, yaxınlaşıb birisi tabasaranlı Vəlixana əl saxlamağı əmr etdi:
– Ay bala, sən kimsən, sənin nə hünərin var ki, bizim məhəllədə özbaşınalıq edirsən?
– Əmi Allah xatirinə çəkil kənara, qarışma. Namus məsələsidir, qarışma – deyə Vəlixan Kareni döyməkdə davam etmişdi. Sonra camaatın gözü qarşısında yerə yıxılıb aman diləyən Karenin kürəyinə dizini qoyub saçından tutub başını dala çəkdi, xəncərini çıxarıb qoyun kimi başını kəsdi.
…Üstündən bir neçə vaxt keçdi, ermənilərin şəhərdə qalan 4-5 qulduru əhalinin onlara divan tutmasından qorxub, özləri özxoşuna gəldikləri Stavropol vilayətinə getdilər. Tabasaranlı Vəlixanı isə həbs edib sürgünə göndərdilər. Beləliklə qədimi KİŞİLƏRİN savaşı başa çatdı…

PS:

* Umaydət qədimi azərbaycanlı qadın adıdır, Dərbənd və ətraf kəndəlrdə əvvəllər çox işlənərdi. Bəzi insanlar bu adı eşitmədikləri üçün aydınlıq gətirdim ki, elə bilməsinlər söhbət burada yaşayan başqa millətlərdən gedir… İlk Türklərin ibadet etdikləri Səma Allahı Tenqridən (Tanrı) sonra pənah gətirdikləri gözəllik (qadınlıq rəmzi, analıq rəmzi) Allahı mənasını daşıyır. Yunanların qədim inanclarında gözəllik Allahı Afrodita olduğu kimi.

** Həmin qəbiristanlığın 2000 ildən artıq tarixi var.
*** Ussal, usanmış sözündəndəndir, yəni alçalmış, namussuzlaşmış mənasını verən söyüşdür.

**** Şəkil ermnəni Aramın öldürüldüyü yerdir, Dərbəndin xalça bazarı

Umuxanım Hüseynzadə

loading...