Zabit Səmədov: “Bu döyüşə görə mənə 5 dəfə artıq pul təklif etdilər”- VİDEO

ATV telekanalında yayımlanan “5-ci element” verlişinin bu dəfəki qonağı dünya şöhrətli çempion Zabit Səmədov olub.

Verliş zamanı Badr Hari ilə tarixi döyüşündən danışan Zabit Səmədov Badr Harini revanşa çağırmağının əsas səbəbinin böyük məbləğdə qonorar olduğunu açıqlayıb.

“Təşkilatçılar bu döyüşün olması üçün israr etdilər və bunun üçün mənə 5 dəfə artıq pul təklif etdilər” – deyən çempion təklif olunnan məbləği açıqlamayıb.

Qeyd edək ki, Zabit Səmədovun qonaq olduğu “5-ci element” tok şousu 22 aprel saat 22:00-da efirdə olacaq.

loading...