Azərbaycan millisinin futbolçusu komandasının heyətindən kənarlaşdırılıb

Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə mövsümün sonuna qədər “Sabah” komandasının heyətindən kənarlaşdırılıb.

“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb.

Oyunçu yığmanın da şərəfini qoruduğundan verilmiş qərar barədə AFFA-ya işgüzar qaydada məlumat verilib.

 

 

loading...