“Qarabağ”dan ayrılan qapıçı İslandiya klubuna keçəcək

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Hannes Halldorsson karyerasını İslandiyada davam etdirəcək.

ONA-nın məlumatına görə, Azərbaycan çempionu ilə müqaviləsini bir neçə gün əvvəl xitam verilən qolkiper “Valyur”a keçəcək.

İslandiya yığmasının üzvü olan H.Halldorsson yeni klubunun nümayəndələri ilə görüşüb. İlkin danışıqlar müsbət nəticə verdiyindən onun yaxın günlərdə komandaya qoşulacağı gözlənilir. Altı ildən sonra İslandiyaya qayıdan qolkiper bu müddətdə Azərbaycan, Danimarka və Norveçdə çıxış edib.
Qeyd edək ki, 2018-ci ilin yayında “Qarabağ”a transfer olunan H.Halldorsson bu mövsüm Ağdam təmsilçisinin heyətində 8 oyunda (4 Topaz Premyer Liqası, 4 avrokubok) meydanda olub.

loading...