“Real” son dəqiqələrdə qələbə qazandı

Aprelin 6-da futbol üzrə İspaniya La Liqasında 31-ci turun oyunu keçirilib.

Madrid təmsilçisi “Real” doğma azarkeşlər önündə “Eybar” komandasını qəbul edib. Madridlilər matçın 60-cı dəqiqəsinə kimi 1:0 geridə olsa da, qarşılaşmanın 59-cu və 81-ci dəqiqələrində vurduğu iki qolla qələbə qazanıb. Zinəddin Zidanın yetirmələrinin heyətində hər iki qolu Kərim Benzema, “Eybar”da isə Mark Kordona vurub.

Bu qələbə sayəsində “Real Madrid” xalların sayını 60-a çatdıraraq turnir cədvəlindəki ən yaxın izləyicisi “Atletiko Madrid” komandasından 2 xal geri qalır. “Eybar” isə 39 xalla 11-ci yerdə qərarlaşıb.

loading...