Aeroport yolunda ağır qəza: yaralılar var – YENİLƏNİB

Aprelin 5-də günorta saatlarında Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

05.04.2019
17:26

Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, qəza zamanı “Daewoo” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən “Jiquli” aşıb.

Hadisə nəticəsində “VAZ 2107”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Videonun görüntüləri sosial şəbəkədə yayımlanıb.

loading...